28 iyul 2011 12:40
Azərbaycan dünya birinciliyində ikinci oldu
Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, artıq yunan-roma növündə yarışlar başa çatıb.
İdmançılarımız daha 2 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. 120 kq-da Aslan Cəbişov isə 5-ci yeri tutub. Bundan öncə isə Vilayət Qəhrəmanlı qızıl medal qazanmışdı.
Beləliklə, komanda hesabında Gürcüstan 49 xalla 1-ci, Azərbaycan 38 xalla 2-ci, Rusiya isə 36 xalla 3-cü olub.
