27 iyul 2011 23:42

Azərbaycan DÇ-də iki bürünc medala sevindi (YENİLƏNİB)

Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə daha 4 yunan-roma güləşçimiz döşək üzərinə çıxıb.
 
55 kq-da mübarizə aparan Eldəniz Əzizli startda qırğızıstanlı Eldiar Beqaliyevi mübarizədən kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə o, iranli Samad Muran Abduli ilə dueldən qalib ayrılmalıydı. Lakin təəssüf ki, qonşu ölkə güləşçisi daha güclü çıxıb. Buna baxmayaraq, Əzizli bürünc medal şansını saxlayıb. O, bu yolda Mişa Avetisyan (Ukrayna), Çanq-Yonq Li (Koreya), Nurilbek Muxanbetalin (Qazaxıstan) üzərindəki qələbə qazanıb. Nəticədə idmançımız bürünc medala sahib çıxıb. 
 
66 kq çəkidə yarışan Rəsul Çunayev özbəkistanlı Sərdar Karyağdıyevlə mübarizəyə start verib. Bu rəqibini mübarizədən kənarlaşdıran təmsilçimizi ukraynalı Dmitri Pinkova da eyni aqibəti yaşadıb. Lakin 1/4 finalda rusiyalı Çingiz Labazanovla duel həmyerlimiz üçün uğursuz bitib. Amma Çunayevin bürünc medal qazanmaq şansı qalır. Bunun üçün o, öncə koreyalı Yon Tak Yu üzərində qələbə qazanmalıydı ki, bunu bacarıb. Son cəhddə isə Belarus güləşçisi Yaraslav Kardaşa da eyni aqibəti yaşatmaqla bürünc medalı özü üçün təmin edib.
 
Fuad Əliyev (84 kq) ilk olaraq rusiyalı Mahmud Başiyevi döşək üzərindən məğlub yola salmalı olsa da, elə startdaca uduzaraq, mübarizəni dayandırıb.
 
Aslan Cəbişov (120 kq) isə startda qazaxıstanlı Dəmir Kuzembayevə qalib gəlməyi bacarıb. O, növbəti mərhələdəki rəqib rusiyalı Vasili Parşin üzərində də qələbə qazanıb. Lakin yarımfinalda Şora Qoqişvanidze idmançımız üçün keçilməz olub. Buna baxmayaraq, onun bürünc medal qazanmaq şans vardı. Cəbişov ukraynalı İqor Didiki məğlub edəcəyi halda, medal qazana bilərdi. Gəl ki, idmançımız bu şansından da yararlana bilməyib.
 
Xatırladaq ki, yarışın ilk günündə 4 yunan-roma güləşçimizdən sadəcə Vilayət Qəhrəmanlı (50 kq) komandamıza qızıl medal qazandıra bilmişdi. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.