23 iyul 2011 15:03
Azərbaycan dünya çempionatı üçün heyətini açıqladı
İyulun 26-31-də Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin Dünya birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu yarışda iştirak edəcək yığma komandalarımızın heyəti müəyyənləşib.
Komandamızın dünya birinciliyində şərəfini qoruyacaq idmançıların siyahısı belədi:
Yunan-Roma güləşi (26-27 iyul)
Vilayət Qəhramanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq), Aslan Dzebisov (120 kq).
İlqar Abdulov (böyük məşqçi), Ağalar Aslanov (böyük məşqçi).
Qızlar (28-29 iyul)
Marziget Baqomedova (44 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq).
Həsrət Məmmədyarov (böyük məşqçi).
Sərbəst güləş (30-31 iyul)
Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli Maqomedabirov (120 kq).
Arif Abdullayev (böyük məşqçi), Elman Əsgərov (böyük məşqçi).
