12 iyul 2011 16:21

Azərbaycan millisindən 26 medal

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri”  beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, hər üç növ üzrə mübarizə aparan yığma komandalarımız turniri ümumilikdə 26 medalla başa vurub, onlardan 9-u qızıl, 6 gümüş və 11 bürünc olub.
 
Turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparıblar. Yığmamız ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc qazanmaqla komanda hesabında birinci yeri tutub. Qızıl medalları Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) qazanıb. Gümüş medallar Ağahüseyn Mustafayev (60 kq) və Əşrəf Əliyevin (74 kq), bürünc medallar isə Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) adına yazılıb.
 
Turnirin ikinci günündə mübarizə aparan qadın güləşçilərimiz 2 qızıl, 1 gümüş və 4 bürünc medal və 70 xal qazanmaqla yalnız Rusiyadan (85 xal) geri qalaraq komanda hesabında ikinci olub. Üçüncü yeri isə 45 xalla Yaponiya komandası tutub. Mariya Stadnik (48 kq) və Sona Əhmədli (59 kq) qızıl medala sahib olublar. Gözəl Zutova (63 kq) yalnız finalda məğlub olub və gümüş medal qazanıb. Bürünc medalları isə, müvafiq olaraq, Yuliya Ratkeviç (55 kq), Olesya Zamula (59 kq), Zümrüd Qurbanhacıyeva və Nataliya Palamarçuk (hər ikisi 67 kq) qazanıblar.
 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri”  beynəlxalq turnirinin final mərhələsinin son günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) qızıl, Taleh Məmmədov (55 kq), Elvin Mürsəliyev (74 kq) və Saman Təhmasibi (84 kq) gümüş medala sahib olub. Bürünc medalları isə yığmamıza Eldəniz Əzizli, Orxan Əhmədov (hər ikisi 55 kq), Kamran Məmmədov (60 kq) və Vitali Rəhimov (66 kq) qazandırıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.