10 iyul 2011 00:15
Azərbaycan yalnız Rusiyadan geri qaldı
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparıb.
Qadınlardan ibarət yığma komandamız 2 qızıl, 1 gümüş və 4 bürünc medal və 70 xal qazanmaqla yalnız Rusiyadan (85 xal) geri qalaraq komanda hesabında ikinci olub. Üçüncü yeri isə 45 xalla Yaponiya komandası tutub. Mariya Stadnik (48 kq) və Sona Əhmədli (59 kq) qızıl medala sahib olublar. Gözəl Zutova (63 kq) yalnız finalda məğlub olub və gümüş medal qazanıb. Bürünc medalları isə, müvafiq olaraq, Yuliya Ratkeviç (55 kq), Olesya Zamula (59 kq), Zümrüd Qurbanhacıyeva və Nataliya Palamarçuk (hər ikisi 67 kq) qazanıblar.
Turnirin son günündə yunan-roma güləşi üzrə qaliblər məlum olacaq və bununla da mötəbər yarışa yekun vurulacaq. İdmançılarımızın ilk mərhələdə qarşılaşacağı rəqiblər bunlardı:
55 kq
1/8 final
Zurab Maçaraşvili (Gürcüstan) – Rövşən Bayramov (Azərbaycan)
Asxat Kudaybergenov (Qazaxıstan) – Orxan Əhmədov (Azərbaycan)
Taleh Məmmədov (Azərbaycan) – Gennadi Qutateladze (Gürcastan)
Marat Karişalov (Qazaxıstan) – Eldəniz Əzizli (Azərbaycan)
60 kq
1/8 final
Qadir Süleymanov (Azərbaycan) – Eysebiu Diakanu (Rumıniya)
Kamran Məmmədov (Azərbaycan) – Aruk Mövlut (Türkiyə)
Həsən Əliyev (Azərbaycan) – İrakli Çoçua (Gürcüstan) / Abbas Əmiri (İran)
66 kq
1/16 final
Rüstəm Əliyev (Azərbaycan) – Vitaliy Rəhimov (Azərbaycan)
1/8 final
Azad Əliyev (Azərbaycan) – Patrik Şlatter (ABŞ) / Arslan Abdullin (Rusiya)
74 kq
1/8 final
Mikola Daraqan (Ukrayna) – Elvin Mürsəliyev (Azərbaycan)
Otar Pevadze (Gürcüstan) – Rafiq Hüseynov (Azərbaycan)
Besiki Saldadze (Özbəkistan) – Emin Əhmədov (Azərbaycan)
84 kq
1/16 final
Şəhriyar Məmmədov (Azərbaycan) – Erik Petersen (İsveç)
Elməddin Abdullayev (Azərbaycan) – Taiki Oça (Yaponiya)
Saman Təhmasibi (Azərbaycan) – Əliəşrəf Əkbəri (İran)
96 kq
1/16 final
İbrahim Məhəmməd (Misir) – Şalva Qadabadze (Azərbaycan)
1/8 final
Araz Həsənov (Azərbaycan) – David Saldadze (Özbəkistan)
120 kq
1/8 final
Maksim Proxorov (Azərbaycan) – Heyki Nabi (Estoniya)
