7 iyul 2011 19:39
Millimizin üzvləri ilk rəqiblərini tanıdılar
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi çərçivəsində sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə güləşçilərimizin rəqibləri aşağıdakılardır.
İlkin görüşlər 8 iyul saat 10.00-da başlayacaq. Saat 17.00-da turnirin təntənəli açılış mərasimi olacaq. Yarışlara giriş pulsuzdur. Final qarşılaşmaları isə saat 18.00-da başlayacaq.
55 kq
1/8 final - Azər Paşayev – Givi Davidovi (GEO)
1/8 final – Yaşar Əliyev – Tristani Chirgadze (GEO)
1/4 final - Mahmud Məhəmmədov – Nurlan Makenaliyev (KGZ)
60 kq
1/8 final – Toğrul Əsgərov – Malkhaz Zarkua (GEO)
1/8 final – Ağahüseyn Mustafayev – R.Velikov (BUL)
1/8 final – Zəlimxan Hüseynov – Alexander Bogomoev (RUS)
66 kq
1/8 final – Emin Əzizov – H. Garcia Veranes (CAN)
1/8 final – Cəbrayıl Həsənov – Philip Simpson (USA)
1/8 final – Xəqan Süleymanov – Kotaro Tanaka (JPN)
74 kq
1/16 final – Əşrəf Əliyev – Gocha Lomtatidze (GEO)
1/8 final – Aleksandr Qostiyev – Umidjon İsmanov (UZB)
1/8 final – Aqil Quliyev – M. Gentry (CAN)
84 kq
1/8 final – Hacı Əlicanov – Beka Chelidze (GEO)
1/8 final – Şərif Şərifov – Piotr İanulov (MDA)
1/8 final – Novruz Temrezov – İstivan Vereb (HUN)
96 kq
1/4 final – Xetaq Qazyumov – Şamil Əhmədov (RUS)
1/4 final – Mehman İmanquliyev – Levan Seturidze (GEO)
120 kq
1/8 final – Cəmaləddin Məhəmmədov – Jose Cuba Vazguez (ESP)
1/8 final – Əli İsayev – Fatih Çakıroğlu (TUR)
