26 iyun 2011 02:51

Yığmamız Serbiyada daha iki medal qazandı

Serbiyanın Zrenyanin şəhərində gənclərin güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, iyunun 25-də yunan-roma güləşçiləri mübarizəyə qoşulublar və döşək üzərinə çıxan 4 idmançımızdan 2-si medal qazanıb.
 
50 kq çəki dərəcəsində yarışan Vilayət Qəhrəmanlı mübarizəyə 1/8 finaldan başlayıb və əvvəlcə Ukrayna güləşçisi Vilati Kovalenkonu tam üstünlüklə məğlub edib (7-0, 7-0). 1/4 finalda macar Bense Yuxaş da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib (1-0, 6-0). Yarımfinalda Türkiyə güləşçisi Tolqaxan Karataşla qarşılaşma isə kifayət qədər gərgin alınıb. İlk hissədə 0-1 hesabı ilə uduzan Vilayət sonrakı 2 hissədə üstün olaraq finala çıxıb (2-0, 1-0). Həlledici qarşılaşmada Gürcüstan idmançısı Nika Tsestkladze üzərində qələbə (6-3, 7-5) Vilayət Qəhrəmanlıya Avropa çempionatının qızıl medalını qazandırıb.
 
60 kq-da mübarizə aparan Rövşən Tağıyev də qızıl medala çox yaxın olub. İspan Kevin Martinez (6-0, 7-0), macar Mate Kraşnay (6-0, 4-0) və yunan Matias Vladimiros (8-1, 2-1) üzərində qələbələr Rövşəni finala çıxarıb. Amma sonuncu qarşılaşmada Rusiya nümayəndəsi Əsgər Orşokduqova məğlub olan (0-1, 0-3) Rövşən Tağıyev 2-ci yeri tutub.
 
Avropa çempionatının son günü Eldəniz Əzizli (55 kq), Rəsul Çunayev (66 kq), Fuad Əliyev (84 kq) və Zaur Mehrəliyev (120 kq) medallar uğrunda yarışacaqlar. Xatırladaq ki, komandamız Serbiyaya Böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında yollanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.