22 iyun 2011 18:01

Azərbaycan yığması Təbrizə dəvət olundu

25-26 iyun 2011-ci il tarixdə Təbrizdə yeniyetmələr arasında “Day of Children” beynəlxalq güləş turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandalar Avropa və Dünya çempionatından əvvəl sonuncu sınaq turniri olaraq bu yarışlarda iştirak edəcək.
 
Böyük məşqçi Vahid Məmmədov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında sərbəst güləş yarışlarında ölkəmizi Sadıq Sadıqov (42 kq), Ruslan Qasımov (46 kq), Ruslan Surxayev (50 kq), Nəbi Hüseynov, Pərviz İbrahimov, Məsim Qədirli (hamısı 54 kq), Coşqun Əzimov (58 kq), Elçin Məmmədov, Hacımurad Ömərov (hər ikisi 63 kq), Eldar İsmayılov (69 kq), Maqomedsultan Zakavov və Maqomed Abdulxaliqov (hər ikisi 85 kq) təmsil edəcək.
 
Yunan-Roma güləşi yarışlarında böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparacaq. Heyətdə Ramiz Məmmədov, Rasim Səfərbəyov (hər ikisi 42 kq), Əli Məmmədov (46 kq), Sakit Quliyev (54 kq), Rauf Ələkbərli (58 kq), Orxan Məmmədli (63 kq), Hacımurad Bağmanov (69 kq), Ramiz Novruzov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyev (100 kq) yer alıb.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.
 
Poqrama əsasən, iyunun 25-də 42-50-58-69-85 kq, iyunun 26-da isə 46-54-63-76-100 kq çəki dərəcələri üzrə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.