22 iyun 2011 13:12

Avropa çempionatının ilk günündə bir dəst medal

Serbiyanın Zrenyanin şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın proqramına əsasən, ilk gün 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Yığmamız ilk gündə bir dəst medal – 1 qızıl, 1 gümüş və 1 bürünc qazanıb.
 
50 kq çəkidə Mircəlal Həsənzadə 1/4 finaldan mübarizəyə başlayıb və Rumıniya təmsilçisi ilə görüşdən (5:0, 7:0) qalib ayrılıb. Yarımfinalda Rusiya təmsilçisi Aldar Baljinimayevlə gərgin keçən görüşdə (2:4, 1:3) uduzaraq, bürünc medal qazanmaq şansı əldə edib. Belarus idmançısı Mahsad Hasandu ilə görüşdən inamlı qələbə (3:0, 3:1) ilə ayrılan Mircəlal yığmamıza ilk medalı qazandırıb.
 
60 kq çəkidə Hacı Əliyev 1/8 finaldan mübarizəyə qoşulub və ilk olaraq macar Jozef Molnarı (3:0, 7:0), daha sonra gürcü Tengiz Çoçişvilini (1:0, 1:0), yarımfinalda rusiyalı Abdurahman Bagamaevi (1:0, 2:1) məğlub edərək finala yüksəlib. Finalda Türkiyə təmsiçisi Ömer Uzanla gərgin keçən görüşdə uduzaraq (0:1, 2:0, 0:1) gümüş medala sahib olub.
 
96 kq çəkidə Aslanbek Alborov da 1/8 finaldan mübarizəyə başlayıb və ardıcıl olaraq yunan Asigritos Mourantis (1:0, 1:2, 1:0), belarus Vladimir Çartkoyev (2:1, 1:1), ukraynalı Hleb Kutey (2:0, 1:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisi Batraz Qazzayevlə görüşdən (1:0, 3:2) qalib ayrılan Aslanbek Alborov, komandamıza qızıl medal qazandırıb.
 
55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər isə iyunun 22-də mübarizə qoşulacaq, artıq ilk rəqiblər bəllidir:
 
55 kq – Qalib Əliyev – Veliko Lyutzkanov (BUL)
66 kq – Məhəmməd Müslümov – Georg Marchl (AUT)
84 kq – İlya Xamikoyev – Albert Tsipinov (RUS)
120 kq – Aslan Dzebişov – Richard Csercsics (HUN)
 
Qızlardan ibarət yığma komandamız 23-24 iyunda, yunan-Roma güləşçiləri isə çempionatın son iki günündə xalça üzərinə çıxacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.