21 iyun 2011 17:01
Yığmamız Kuşadasından 2 medalla qayıtdı
Yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri Türkiyənin Kuşadası/Aydın şəhərində keçirilən ənənəvi “Viktori-Kup” beynəlxalq turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, məşqçi Əsgərxan Novzurovun rəhbərliyi altında hər növdə bir idmançı ilə təmsil olunan yığmamız turniri 2 gümüş medalla başa vurub.
Medalları sərbəst güləş yarışlarında Məmmədhüseyn Həsənov (50 kq), qızların yarışında isə Solmaz Həşimzadə (52 kq) qazanıb.
