20 iyun 2011 13:02

Yığmamızın AÇ üçün heyəti açıqlandı

21-26 iyun 2011-ci il tarixdə Bosniya-Hersoqoviniyanın Zrenyanin şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatın proqramına əsasən, ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
 
Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandamız böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında çempionatda iştirak edəcək.
 
Yığmamızı Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) təmsil edəcək. Sərbəst güləşçilər 21-22 iyun tarixində mübarizə aparacaq.
 
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında qızlardan ibarət yığma komandamız 23-24 iyunda qüvvələrini sınayacaq. Heyətdə Marziget Baqomedova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq), Şəms Əhmədova (67 kq) və Aytən Əliyeva (72 kq) yer alıb.
 
Yunan-Roma güləşçiləri çempionatın son iki günündə xalça üzərinə çıxacaq. Böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında Vilayət Qəhrəmanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Rövşən Tağıyev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Kamran Hüseynov (96 kq) və Zaur Mehrəliyev (120 kq) çempionatda ölkəmizi təmsil edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.