14 iyun 2011 15:51
Milli komandanın heyəti açıqlandı
15-16 iyun tarixlərində Dağıstanın Çarada şəhərində Davud Məhəmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə 6 güləşçimiz qüvvəsini sınayacaq.
Yığmamızı Emin Əzizov, Elmir Qəmbərov (hər ikisi 66 kq), Aqil Quliyev, Elnur Əliyev (hər ikisi 74 kq), Mehman İmanquliyev (96 kq) və Əli İsayev (120 kq) təmsil edəcək.
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız isə, iyunun 18-19-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək yunan-Roma güləşi üzrə “Qazaxıstan Respublikası Prezidentinin Kuboku” uğrunda 2-ci beynəlxalq turnirdə iştirak edəcək.
Baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə 9 pəhləvan ölkəmizi təmsil edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Rövşən Bayramov, Orxan Paşayev (hər ikisi 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov (74 kq), Murtuza Tağıyev, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) yer alıb.
Turnir zamanı görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edəcək.
