14 iyun 2011 00:05
Yığmamız Gürcüstanda 1 qızıl, 1 bürünc medal qazandı
10-12 iyun 2011-ci il tarixdə Gürcüstanın paytaxtı Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst güləş yığmamızın bəzi üzvləri iştirak edib.
Sərbəst güləş üzrə yığmamız böyük məşqçi Firdovsi Umudov və gənclərdən ibarət yığmanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə 8 idmançı ilə yollanmışdı. Təmsilçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Güləşçilərimizdən Ağahüseyn Mustafayev (60 kq) qızıl, Ümüd Məmmədov (60 kq) bürünc medala sahib olub.
Hakimlər korpusunda ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.
