2 iyun 2011 17:14
Yığmamızın Avstriyaya gedən heyəti açıqlandı
3-4 iyun 2011-ci il tarixdə Avstriyada qadın güləşi üzrə 13-cü beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edəcək qadın güləşi üzrə yığma komandamız artıq bu ölkəyə yola düşüb.
Yığma komandanın baş məşqçisi Rövşən Umudov və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında 6 idmançı turnirdə ölkəmizi təmsil edəcək.
Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Olesya Zamula, Anna Belyayeva (hər ikisi 63 kq), Nadya Sementsova və Nataliya Palamarçuk (hər ikisi 72 kq) yer alıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edəcək.
