31 may 2011 13:24
Azərbaycan Rusiyadan 6 medalla qayıdır
27-29 may 2011-ci il tarixdə Dağıstanın Şamil rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Azerisport.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandamız böyük məşqçi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edib.
Təmsilçilərimiz turniri 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medalları müvafiq olaraq, Ruslan Surxayev (50 kq), Maqomed Abdulxaliqov (85 kq), gümüş medalı Mircəlal Həsənzadə (54 kq) qazanıb. Bürünc medalları isə, Kənan Ağamalızadə (35 kq), Mahir Əmiraslanov (38 kq) və Məsim Qədirli (50 kq) yığmamıza qazandırıb.
