31 may 2011 13:15
Millimizin Qazaxıstana gedəcək heyəti açıqlandı
İyunun 18-19-da Qazaxıstanın paytaxtı Astanada yunan-Roma güləşi üzrə böyüklər arasında “Qazaxıstan Respublikası Prezidentinin Kuboku” uğrunda 2-ci beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edəcək yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız sabah Astanaya yola düşür.
Yığmamız əvvəlcə Qazaxıstan komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq, daha sonra turnirdə iştirak edəcək.
Baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında Qazaxıstana 13 pəhləvan yola düşür. Heyətdə Orxan Əhmədov, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Kamran Məmmədov, Orxan Paşayev (hamısı 60 kq), Vitali Rəhimov, Amil Əhmədov (hər ikisi 66 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev, Niyaməddin İbrahimov (hamısı 74 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) yer alıb.
Turnir zamanı görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edəcək.
