27 may 2011 19:46
Püşk millimizi ABŞ və Yaponiya ilə üz-üzə qoydu
Almaniyanın Plauen şəhərində təşkil olunan gənclər arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə yığmamız B qrupunda mübarizə aparacaq.
Rəqiblər Yaponiya, Gürcüstan və Amerika Birləşmiş Ştatlarının komandalarıdır. A qrupunda isə Almaniya, Rusiya, Türkiyə və İran sərbəst güləş yığmaları qarşılaşacaq.
Qeyd edək ki, qrupda ilk yeri tutan komandalar final, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, qrupda ilk yeri tutan komandalar final, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Gənclər arasında ilk dəfə keçirilən Dünya Kuboku yarışlarında böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) ölkəmizi təmsil edir.
