26 may 2011 15:22
Millimizin 14 üzvü Dağıstana getdi
27-29 may 2011-ci il tarixdə Dağıstanın Şamil rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında 14 güləşçimiz turnirdə qüvvəsini sınayacaq.
Əliabbas Rzazadə (32 kq), Kənan Ağamalızadə (35 kq), Mahir Əmiraslanov (38 kq), Vurğun Əliyev, Sadıq Sadıqov (hər ikisi 42 kq), Ruslan Surxayev, Ruslan Qasımov, Xəlqan Xəlilov (hamısı 46 kq), Məmmədhüseyn Həsənov, Mircəlal Həsənzadə (hər ikisi 50 kq), Elçin Məmmədov (58 kq), Elmar İsmayılov, İlkin Abbasov (hər ikisi 69 kq) və Orxan Şərifov (76 kq) medallar uğrunda mübarizə apacaq.
