23 may 2011 14:00
Millimiz Mahaçqaladan 1 qızıl, 1 gümüşlə qayıtdı
20-22 may 2011-ci il tarixdə Mahaçqalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, sərbəst güləş yığmamız turniri 1 qızıl və 1 gümüş medalla başa vurub.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov və gənclərdən ibarət komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərdən Şərif Şərifov (84 kq) qızıl medal, Əşrəf Əliyev (74 kq) isə gümüş medal qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beş beynəlxalq dərəcəli hakim – Elman İsmayılov, Vaqif Zeynallı, İntiqam Alıyev, Asif Şirəliyev və Xanmirzə Məlikəliyev təmsil edib.