23 may 2011 13:37
Azərbaycan yığması üçün Sardiniya sınağı
28 may 2011-ci il tarixdə İtaliyanın Sardiniya şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə XVI “Sassari şəhəri” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə qadın güləşi üzrə yığma komandamız da iştirak edəcək.
Beynəlxalq turnirdə ölkəmizi məşqçi Arif Fərmanovun rəhbərliyi altında Svetlana Məmmədova, Patimat Baqomedova (hər ikisi 51 kq), Kəmalə Əliyeva, Yarina Dubovska (hər ikisi 59 kq), Gözəl Zutova (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov da iştirak edəcək.
