18 may 2011 17:28
Millimizin Rusiyaya aparılacaq heyəti açıqlandı
20-22 may 2011-ci il tarixdə Mahaçqalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanın sərbəst güləş yığması da mübarizə aparacaq.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov və gənclərdən ibarət komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə 14 idmançı iştirak edəcək: Yaşar Əliyev, Nicat Muradov, Qalib Əliyev (hər üçü 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov, Ağahüseyn Mustafayev, Azad İsmayılov (hamısı 60 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov, Hacı Əlicanov, Sübhan İsmayılov (hər üçü 84 kq), Əli İsayev, Valera Rodriqes (hər ikisi 120 kq).
Görüşlərin idarə edilməsində ölkəmizi beş beynəlxalq dərəcəli hakim – Elman İsmayılov, Vaqif Zeynallı, İntiqam Alıyev, Asif Şirəliyev və Xanmirzə Məlikəliyev təmsil edəcək.
