16 may 2011 12:03

Millimiz Ankaradan 1 gümüş və 3 bürünclə dönür

Türkiyənin paytaxtı Ankara şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 14-cü Beynəlxalq Çempionlar turniri keçirilib. Azerisport.az xəbər verir ki, 13-15 may 2011-ci il tarixdə keçirilən turnirdən 15 ölkənin pəhləvanları mübarizə aparıb.
 
Ölkəmizin sərbəst, qadın və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaları da turnirdə qüvvələrini sınayıb.  Ümumilikdə komandalarımız Ankarada keçirilən beynəlxalq turniri  1 gümüş və 3 bürünc medalla başa vurub.
 
Sərbəst güləşdə ölkəmizi məşqçi Namiq Quliyevin rəhbərliyi altında İxtiyar Quliyev, Kənan Məmmədov (hər ikisi 50 kq), Fuad Nəsirli (55 kq), Nurlan Hacıyev, Muxtar Sadullayev (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Aslan Dzebisov (120 kq) təmsil edib.
 
Yunan-Roma güləşi üzrə böyük məşqçi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında Vüsal Atayev, Rəşad Şükürov (hər ikisi 55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Əliyev (66 kq), Fuad Əliyev (74 kq), Zaur Mehrəliyev (120 kq) mübarizə aparıb. 120 kq çəkidə mübarizə aparan Zaur Mehrəliyev turnirin bürünc mükafatına layiq görülüb.
 
Gənc qızların yarışında ölkəmizi 6 idmançı təmsil edib. Məşqçi Həsrət Məmmədyarovun rəhbərlyi altında Marziget Baqomedova, Aydan Səfərli (hər ikisi 44 kq), Patimat Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Fərəh Rəsulova (55 kq) və Aytən Əliyeva (72 kq) öz qüvvəsini sınayıb. Yekunda isə, Kəmalə Əliyeva (51 kq) gümüş, Marziget Baqomedova (44 kq) və Aytən Əliyeva (72 kq) bürünc medala sahib olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.