10 may 2011 00:36

Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında Naxçıvan Kuboku uğrunda Beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, mayın 7-də turnirin təntənəli açılış mərasimi olub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Güləş turnirinin başlaması münasibətilə turnir iştirakçılarını salamlayıb, idmançılara uğurlar arzulayıb. Püşkatmanın nəticələrinə görə Azərbaycan, Özbəkistan, Rusiya, Türkiyə və Belarus komandaları birinci qrupda, Naxçıvan, Qazaxıstan, İran, Ukrayna, Gürcüstan komandaları isə ikinci qrupda mübarizə aparıblar.
 
1-ci qrupda yer alan Azərbaycan yığma komandası bütün rəqiblərindən üstün olub. Təmsilçilərimiz Naxçıvan Olimpiya İdman Kompleksində Özbəkistan millisini 6:2, Belarus və Türkiyə güləşçilərini eyni hesabla (5:3) məğlub etmiş, Rusiya yığması ilə mübarizəni 4:4 hesabla başa vuraraq qrup birincisi olub. Digər qrupda isə Gürcüstan komandası Naxçıvan, Qazaxıstan, İran və Ukraynanı yığmalarını məğlub edərək ikinci qrupu qalib başa vurub.
 
Başqa komanda ilə beynəlxalq turnirə qoşulan Naxçıvan təmsilçiləri Qazaxstana və Gürcüstana 6:2, İrana 7:1 hesabı ilə uduzub və Ukrayna pəhləvanları ilə 4:4 hesabı ilə bərabər qalıb və qrupu 4-cü yerdə tamamlayıb.

Turnirin qaydalarına əsasən qrupda ilk yeri tutan komandalar finalda, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda mübarizə aparıblar. Üçüncü yeri tutanlar 5-ci - 6-cı, dördüncü yeri tutanlar isə 7-ci və 8-ci yerlər uğrunda yarışıblar.

A qrupunda 4-cü yerin sahibi Rusiya, B qrupunda isə 4-cü yeri tutan Naxçıvan komandaları qarşılaşıb. Ümumi nəticə 4:4 hesabı ilə yekunlaşsa da, xalların sayı və keyfiyyətinə görə Naxçıvan komandası öz rəqibindən üstün olaraq turniri 7-ci yerdə başa vurub.
 
Finalda 1-ci qrupda bütün görüşləri qələbə ilə başa vuran Azərbaycan, 2-ci qrupun qalibi Gürcüstan yığması ilə qarşılaşıb. 6-2 hesabı ilə qələbə qazanan pəhləvanlarımız ilk dəfə keçirilən “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirin qalibi olublar. Gürcüstan yığması ikinci, Ukrayna üçüncü, Türkiyə yığması isə turniri dördüncü yerdə tamamlayıb. Özbəkistan beşinci, Qazaxıstan altıncı, Naxçıvan komandası yeddinci, Rusiya səkkizinci yeri tutub. Belarus və İran komandaları isə müvafiq olaraq sonuncu yerləri bölüşüblər.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.