7 may 2011 12:54
Azərbaycan Türkiyə, Rusiya və Belarusla eyni qrupda
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında keçirilən Naxçıvan Kuboku uğrunda Beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan, Özbəkistan, Rusiya, Türkiyə və Belarus komandaları birinci qrupda, Naxçıvan, Qazaxıstan, İran, Ukrayna, Gürcüstan komandaları isə ikinci qrupda mubarizə aparacaqlar.
Qrup görüşləri 7 may 2011-ci il tarixdə Naxçıvan şəhər Olimpiya idman kompleksində keçiriləcək. 17:00-da beynəlxalq turnirin rəsmi açılış mərasimi baş tutacaq.
Qrupda ilk yeri tutan komandalar finalda, ikinci yeri tutan komandalar isə burunc medal uğrunda goruşə çıxacaqlar.
