21 aprel 2011 12:08

İlk gündə 5 qızıl medal qazandıq (FOTOLAR)

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, əvvəlcə turnirin açılış mərasimi olub.
 
Mərasimdə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov iştirak edib. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın güləş növünə göstərdiyi diqqət və qayğıdan, habelə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıblar.
 
Qeyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, İsrail, İraq, İsveç, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Tacikistan güləşçiləri də iştirak edir. 
 
Turnirin proqramına əsasən, aprelin 20-də yeniyetmə yunan-romaçılar meydana çıxıb. İlk günün nəticələri aşağıdakı kimidi:
 
42 kq
1. Ramiz Məmmədov
2. Sabirjon Qazaxbayev (Özbəkistan)
3. Mikayıl Rəhmanov
3. Rasim Səfərbəyov
 
46 kq
1. Anarxan Azmaqanbetov (Qazaxıstan)
2. Xəyyam Abdullayev
3. Aybek Mardanov (Qazaxıstan)
3. Əli Məmmədov
 
50 kq
1. Murad Bazarov
2. Elvin Əliyev
3. Mirambek Aymaqulov (Qazaxıstan)
3. Safletdin Novruzov (Özbəkistan)
 
54 kq
1. Sakit Quliyev
2. Murad Məmmədov
3. Asror Muxitdinov (Özbəkistan)
3.  Georgi Topikaşvili (Gürcüstan)
 
58 kq
1. Rauf Ələkbərli
2. Elman Muxtarov
3. Məhəmməd Yesmurzayev (Qazaxıstan)
3. Ruhin Mikayılov
 
63 kq
1. Abilayxan Amzeyev (Qazaxıstan)
2. Çingiz Hakan (Türkiyə)
3. Emil Abdullayev
3. İslam Abbasov
 
69 kq
1. Hacımurad Bağmanov
2. Muhammedali Şamsiddinov (Özbəkistan)
3. Orxan Nuriyev
3. Batuhan Koyunçu (Türkiyə)
 
76 kq
1. Laşa Qobadze (Gürcüstan)
2. Elməddin Ramazanov
3. Hüseyn Mutsolqov (Qazaxıstan)
3. Sərxan Cahangirli 
 
85 kq
1. Fatih Başköy (Türkiyə)
2. Georgi Mudiranidze (Gürcüstan)
3. Yersayin Sayfullin (Qazaxıstan)
3. Uluqbek Alixocayev (Özbəkistan)
 
100 kq
1. Zurab Gedexauri (Gürcüstan)
2. Maksad Turqanbay (Qazaxıstan)
3. Beka Kandelaki (Gürcüstan)
3. Batuhan Göktuğ Cibir (Türkiyə)
 
Bu gün - aprelin 21-də yunan-roma güləşi üzrə gənclər, 22-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 23-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq. Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.