8 aprel 2011 17:37
Belarus və Ukrayna komandaları Azərbaycan çempionatında
10 aprel 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənc qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azəraycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yarışda məqsəd ölkədə qadın sərbəst güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır.
FİLA-nın mövcud qaydalarına əsasən keçirilən yarışda yerli güləşçilərlə yanaşı, Belarus və Ukrayna komandaları da iştirak edəcək.
Yarışda 1994-95-ci il təvəllüdlü yeniyetmələr, 1991-93-cü il təvəllüdlü gənc qızlar iştirak edə bilər. Proqrama əsasən, yeniyetmə qızlar 38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq, gənclər isə 44, 48, 51, 55, 59, 63, 67 və 72 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
