7 aprel 2011 12:22
Rafiq Hüseynov: Avropa çempionu olduğumu unudacam
Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında 1 qızıl və 4 bürünc medal qazanmaqla komanda hesabında 2-ci yeri tutmuş yunan-roma güləşi üzrə yığmamızın üzvü Rafiq Hüseynov ən ali mükafata sahib çıxmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, 74 kq çəkidə Avropa çempionu olan Rafiq Hüseynov 1-ci olmasından sonsuz sevinc hissi keçirdiyini desə də, qarşıda daha yüksək hədəflərinin olduğunu sözlərinə əlavə edib:
“Növbəti təlim-məşq toplanışlarına başladıqda artıq Avropa çempionu olduğumu unudacam. Çünki bu artıq keçmişdə qaldı. Əsas hədəfim sentyabrda İstanbulda keçiriləcək dünya çempionatına yönəlib. Bu yarışda da uğurla çıxış edərək olimpiadaya lisenziya qazanmaq istəyirəm”.
