7 aprel 2011 12:06

Elçin Cəfərov: Komanda hesabında birinci ola bilərdik

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında 1 qızıl və 4 bürünc medal qazanmaqla komanda hesabında 2-ci yeri tutmuş yunan-roma güləşi üzrə yığmamız vətənə dönüb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında güləşçilərimizi qarşılayanlar arasında media nümayəndələri də var idi.
 
Azərbaycan Güləş Federasiyasının yunan-roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov idmançılarımızın çıxışlarını yüksək qiymətləndirib: “Hər şeydən öncə onu deyim ki, yunan-roma yığmamız Avropa çempionatları tarixində ilk dəfə olaraq komanda hesabında 2-ci yeri tutdu ki, bu da bizi çox sevindirir. Biz 1-ci olan Rusiyadan cəmi 2 xal geri qaldıq. Əgər 84 və 120 kq çəkilərdəki təmsilçilərimiz də bir qədər uğurla çıxış etsəydilər, biz komanda hesabında 1-ci ola bilərdik. Çempionumuz Rafiq Hüseynov, eləcə də bürünc medalçılar - 55 kq-da gənc Eldəniz Əzizli və 96-da Şalva Qadabadze də özlərini yaxşı tərəfdən göstərdilər. Əldə etidyimiz nailiyyətlər federasiyamızın, eləcə də Milli Olimpiya Komitəsi və Gənclər və İdman nazirliyinin öz işlərini düzgün qurmasının nəticəsidi”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.