4 aprel 2011 00:47
Yığmamız Avropa ikincisi oldu
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatına yekun vuruldu. Azerisport.az xəbər verir ki, komandamız ümumi nəticələrə əsasən qitə ikincisi adını qazanıb.
Belə ki, sərbəst, qadın və yunan-roma güləşçilərimiz ümumilikdə komandamızı ikinci pilləyə sahib çıxarıb. Bu, cəmi 6 qızıl və 8 bürünc medal sayəsində mümkün olub. Maraqlıdı ki, komandamız ikinci olmasına rəğmən, heç bir idmançımız gümüş medal qazanmayıb. Bu da daha çox finala çıxan hər bir idmançımızın bu şansı maksimum dəyərləndirməsindən irəli gəlir.
Komandamız ümumi nəticədə sadəcə Rusiyadan geri qalıb ki, şimal qonşularımızın medal sayları belə olub - 6-2-5. Üçüncü yeri isə Türkiyə tutub.
