4 aprel 2011 14:54

Qadın pəhləvanlarımız Bakıya döndü

Almaniyanın Dortmund şəhərində keçirilmiş Avropa çempionatında çıxışını başa vurmuş qadın güləşçilərdən ibarət yığmamız vətənə dönüb. Azerisport.az xəbər verir ki, onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idman ictimaiyyəti və mətbuat nümayəndələri qarşılayıblar.
 
Qeyd edək ki, 3 qızıl və 1 bürünc medalla yığmamız Avropa çempionatını 2-ci yerdə tamamlayıb. Pəhləvanlarımızın və məşqçilərimizin qitənin ən güclülərinin yarışması ilə bağlı fikirləri belə olub:
 
Nadejda Sementsova (2-qat Avropa çempionu): “Qələbə qazanmaq elə də asan olmadı. Sadəcə, hazırlığımız mənim arzumu realalşdırmağa imkan yaratdı. Qarşıda milli komandanı daha ciddi sınaqlar gözləyir. Orada da özümü doğrultmağa çalışacam”.
 
Mariya Stadnik (3-qat Avropa çempionu): “Analıq məzuniyyətinə çıxdığım üçün, xeyli müddət məşq etməmişdim. Bu səbəbdən fiziki göstəricilərimdə cüzi çatışmazlıqlar vardı. Elə bil ilk dəfə idi ki, xalça üzərinə çıxırdım. Bunları yarışın gedişində aradan qaldırdım. İlk görüşlərdən sonra özüməinanım qayıtdı və sonrakı qarşılaşmalarda özümü rahat hiss etdim. 3-cü dəfə qitə çempionu olduğuma çox sevinirəm”.
 
Yuliya Ratkeviç (Avropa çempionu): “Yarışqabağı məndə müəyyən gərginlik vardı. Axı, uzun müddət idi Avropa çempionatında mükafat qazanmamışdım. Lakin italiyalı rəqibimlə ilk görüşdən sonra həyəcan aradan qalxdı və hər şey yoluna düşdü. Yekunda fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”.
 
Olesya Zamula (Avropa çempionatının bürünc mükafatçısı): «Mükafat qazandığım üçün sevincim hədsizdi. Açığı, bu anı çox gözləmişəm. Əvvəlki mötəbər yarışlarda medalı sonda əldən buraxırdım. İndi həmin uğursuzluğa son qoymağıma sevinirəm. Növbəti turnirlərdə də qələbənin davamını gətirməyə səy göstərəcəm”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.