2 aprel 2011 00:17
Azərbaycan yenə Avropa ikincisi oldu
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatının qadın güləşçilər arasındakı yarışı başa çatdı. Azerisport.az xəbər verir ki, qadınlar arasındakı mübarizənin ümumi nəticələrinə görə, Azərbaycan millisi komanda hesabında ikini yeri tutub.
Belə ki, komandamızın üzvləri qazandıqları 3 qızıl və bir bürünc medalla sadəcə Ukrayna kollektivindən geri qalıb (3-2-1). Üçüncü pilləni isə İsveç tutub.
Maraq üçün bildirək ki, AÇ-nin sərbəst güləş növü üzrə yarışlarında da komandamız 2 qızıl, 3 bürünclə komanda hesabında ikinci pilləni tutmuşdu.
