1 aprel 2011 15:06

Avropa çempionlarımız vətənə döndü

Almaniyanın Dortmund şəhərində keçirilən güləş üzrə Avropa çempionatında çıxışını başa vurmuş sərbəst güləş üzrə yığma komandamız vətənə dönüb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komanda üzvlərini mətbuat nümayəndələri və güləş həvəskarları böyük çoşqu ilə qarşılayıblar.
 
Xatırladaq ki, sərbəst güləşçilərimizdən 66 kq-da yarışan Cəbrayıl Həsənov ardıcıl 2-ci, 96 kq-da çıxış edən Xetaq Qazyumov isə dalbadal 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb.
 
Pəhləvanlarımız Avropa çempionatı ilə bağlı fikirlərini də açıqlayıblar.
 
Cəbrayıl Həsənov: “Almaniyaya çempion olmaq üçün yollanmışdım və çox sevinirəm ki qarşıya qoyulan məqsədə nail oldum. İndi əsas məqsədim qarşıdakı turnirlərdə və ən əsası sentyabrda İstanbulda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edərək London yay olimpiya oyunlarına vəsiqə qazanmaqdı”.
 
Xetaq Qazyumov: “Finaldakı rəqibim gənc olmasına rəğmən çox təhlükəli idi. Bu səbəbdən də rusiyalı güləşçi ilə qarşılaşmamı digərlərinə nisbətən daha çətin sayıram. Nə deyə bilərəm? 3 qat Avropa çempionu olduğum üçün çox xoşbəxtəm”.
 
Xatırladaq ki yığma komandamızın digər üzvlərindən 55 kq-da Mahmud Məhəmmədov, 84-də Şərif Şərifov və 120 kq çəkidə Cəmaləddin Məhəmmədov Avropa çempionatının bürünc medalını əldə ediblər. Komanda hesabında Azərbaycan Rusiya yığmasından sonra 2-ci nəticə göstərib.
 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.