1 aprel 2011 23:42

Ölkəmiz AÇ-də daha iki qızıl və bürünc qazandı (YENİLƏNIB)

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarış proqramının dördüncü günündə Azərbaycanın daha 4 idmançısı meydana çıxıb.
 
Dünya birinciliyinin vitse-çempionu adını daşıyan Yuliya Ratkeviç (59 kq) mübarzəyə italiyalı Simona Korbani ilə duellə başlayıb və qələbə qazanıb. Növbəti mərhələdə macarıstanlı Qabriella Sleşlə üz-üzə gələn idmançımız bu rəqibini də məğlub edib. Yarımfinaldakı rəqibi britaniyalı Olqa Butkoviçi də sıradan çıxaran Ratkeviç adını finala yazdırıb. Həlledici mərhələdə komandamızın üzvü rumıniyalı Georgiana Paiçin də kürəyini yerə vurmaqla baş mükafata sahib çıxıb.
 
63 kq-da mübarizə aparan Olesya Zamula püşkatmaya görə birinci mərhələni buraxıb və növbəti mərhələdə Mixaela Panaitlə (Rumıniya) qarşılaşmalı olub. Bu rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti mərhələdə türkiyəli Leyla Mətinə də eyni aqibəti yaşadıb. Lakin yarımfinalda ukraynalı Yuliya Ostapçukla qarşılaşan Olesya bu görüşdə uduzub. Buna baxmayaraq, onun hələ bürünc medal qazanmaq şansı qalırdı. Bu üzdən də latviyalı Laura Skujina ilə üz-üzə gələn idmançımız bu fürsətdən maksimum yararlanaraq, ölkəmizə daha bir medal qazandırıb.
 
Avropa çempionu Nadejda Sementsova (69 kq) da gözləmə rejimində idi və onun ilk rəqibi Burcu Orskaya (Türkiyə) olub. Bu rəqibini mübarizədən kənarlaşdıran Nadejda yarımfinalda belaruslu Anna Savenyaya da eyni aqibəti yaşadaraq, finala yüksəlib. İdmançımız qızıl medal qazanmaq yolunda ukraynalı Alina Maxinyanı məğlub etməli İdi ki, qızıl medala sahib çıxsın. O, bu vəzifənin öhdəsindən layiqincə gələrək, ölkəmizə növbəti qızıl medalı qazandırıb.
 
Nəhayət, 72 kq-da mübarizə aparan Dina İvanova ilk döyüşdə türkiyəli Simgə Yılmazı yolundan kənarlaşdırıb. 1/4 finaldakı Kristina Odrina (Latviya) isə idmançımız üzün keçilməz olub. Latviyalı güləşçi də finala kimi irəliləyə bilmədiyindən, Dina İvanovanın medal qazanmaq arzusu gerçəkləşməyib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.