20 mart 2011 15:21

Yığmamız özbəkləri darmadağın edib, bürüncə yiyələndi (YENİLƏNİB)

Bu gün Mahaçqalada Azərbaycanın sərbəst güləş üzrə yığmasının da iştirak etdiyi Dünya kuboku turnirinə yekun vurulur. Azerisport.az xəbər verir ki, komandamız üçüncü yer uğrunda mübarizə aparıb.
 
Qeyd edək ki, güləşçilərimiz qrup mərhələsinə İrana məğlubiyyətlə başlasa da, sonrakı görüşlərdə Kuba, Gürcüstan və Macarıstanla Qazaxıstanın birləşmiş komandalarına qalib gəldi. Nəticədə qrupunda ikinci pilləni tutan təmsilçimizin aqibəti yarışların ilk günündə tam aydınlaşmamış qalmışdı. Axı qrupumuzun digər komandalarından Kuba və İran münasibətlərinə məhz bu gün aydınlıq gətirirdi və məhz ondan sonra komandamızın neçəni yer uğrunda döyüşəcəyi bilinəcəkdi. İranın Kuba üzərindəki qələbəsindən sonra millimizin də üçüncü yer uğrunda döyüşəcəyi dəqiqləşdi. Komandamızın bürünc medallar uğrunda rəqibi isə öz qrupunda ikinciliyi təmin edən Özbəkistan oldu. Lakin güləşçilərimiz bu rəqibi üzərində demək olar ki, asan qələbəyə sevindi. Nəticədə Azərbaycan turnirin bürünc medallarına sahib çıxdı.
 
Maraq üçün qeyd edək ki, turnirin qalibi adı uğrunda öz qruplarının qalibi adını qazanan Rusiya və İran yığmaları mübarizə aparır.
 
Аzərbaycan – Özbəkistan - 6:1
55 kq. Namiq Sövdümzadə - Dilşod Mansurov - 1:0, 2:0
60 kq. Zəlimxan Hüseynov - Bəhram Ermatov - 7:0, 4:1
66 kq. Emin Əzizov - İxtior Novruzov - 3:2, 1:1
74 kq. Aleksandr Qostiyev - Soslan Tiqiyev - 3:0, 1:1
84 kq. Novruz Təmrəzov – Subloncon Toşpularov - kürəyini yerə vurub
96 kq. Aslanbəy Alborov – Əmirxan Mirzəyev - 5:0, 1:0
120 kq. Əli İsayev – Qurban Qurbanov - 1:0, 0:1, 0:1

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.