19 mart 2011 19:42
Yığmamız İrana yenilsə də, digər rəqiblərinə qalib gəldi (YENİLƏNİB)
Bu gün Mahaçqalada sərbəst güləş üzrə Dunya Kuboku turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığması da qüvvəsini sınayır.
Avropa çempionatı öncəsi əla sınaq imkanı qazanan komandamız turnirdə İran, Gürcüstan, Kuba və Qazaxıstanla Macarıstanın birləşmiş komandaları ilə bir qrupa düşüb. Digər qrupda isə Rusiya, Ukrayna, Qırgızıstan, Bolqarıstan və Özbəkistan komandaları mübarizə aparır.
Qeyd edək ki, hər qrupda 1-ci yeri tutan komanda martın 20-də finalda, 2-ci yeri tutanlar isə 3-cü yer uğrunda üz-üzə gələcəklər.
İlk görüşünü İrana qarşı keçirən təmsilçimiz dramatik dueldən məğlub ayrılıb. İkinci görüşdə Gürcüstan yığması ilə qarşılaşan millimiz qələbə qazanılıb. Kuba ilə qarşılaşma da bizim üçün uğurlu alınıb. Nəhayət, son görüşündə Macarıstan və Qazaxıstanın birləşmiş komandaları ilə görüşən yığmamız bu görüşünü də qələbəylə yekunlaşdırıb. Lakin hələlik qrupumuzdakı yekun nəticənin bilinməsi üçün sabah baş tutacaq İran - Kuba görüşünün nəticəsini gözləmək lazım gələcək.
Аzərbaycan– İran - 3:4
55 kq. Namiq Sövdümzadə – Hassan Rahimi - 0:1, 0:2
60 kq. Zəlimxan Hüseynov – Abbas Dabaqi Suraki - 3:0, 2:0
66 kq. Emin Əzizov – Mustafa Hüseynxani - 1:0, 1:3, 0:2
74 kq. Аleksandr Qostiyev – Hassan Təhməzi - 1:0, 1:2, 2:0
84 kq. Novruz Təmrəzov – Elxan Amini - 1:1, 3:0
96 kq. Aslanbəy Alborov – Reza Yazdani - 0:2, 2:3
120 kq. Əli İsayev – Səid Azərsahib - 0:1, 0:1
Аzərbaycan – Gürcüstan - 5:2
55 kq. Namiq Sövdümzadə - Besarion Qoçaşvili - 1:0, 0:2, 2:1
60 kq. Zəlimxan Hüseynov – Malxaz Kurdiani - 1:1, 5:0, 5:0
66 kq. Xaqan Süleymanov – Şalva Muziaşvili (gürcü zədə səbəbindən görüşü sona çatdıra bilməyib)
74 kq. Aleksandr Qostiyev – Gela Saqiraşvili - 0:1, 2:1, 1:0
84 kq. Novruz Təmrəzov – Beka Çelidze - 1:0, 1:0
96 kq. Aslanbəy Alborov – Dato Keraşvili - 3:4, 0:2
120 kq. Əli İsayev – Georgi Sakandelidze - 1:4, 0:3
Azərbaycan - Kuba - 4:3
55 kq. Namiq Sövdümzadə – Frank Çamizo Markez - 4:0, 4:2
60 kq. Zəlimxan Hüseynov - Alexandro Enrike Valdes - 2:1, 1:1
66 kq. Emin Əzizov – Kabalyero Qarzon - 1:3, 1:3
60 kq. Zəlimxan Hüseynov - Alexandro Enrike Valdes - 2:1, 1:1
66 kq. Emin Əzizov – Kabalyero Qarzon - 1:3, 1:3
74 kq. Aleksandr Qostiyev - İvan Fundora - 2:4, 0:2
84 kq. Novruz Təmrəzov - Reyneriz Salas - 1:2, 3:1, 1:2
96 kq. Aslanbəy Alborov - Xavyer Kortina - 3:3, 7:1
84 kq. Novruz Təmrəzov - Reyneriz Salas - 1:2, 3:1, 1:2
96 kq. Aslanbəy Alborov - Xavyer Kortina - 3:3, 7:1
120 kq. Əli İsayev - Disney Rodriqes - 2:1, 0:1, 1:1
Аzərbaycan – Macarıstan/Qazaxıstan - 4:3
55 kq. Namiq Sövdümzadə – Daulet Niyazbekov - 2:1, 0:3, 0:2
60 kq. Zəlimxan Hüseynov – Daure Jumaqaziyev - 3:2, 2:0
66 kq. Xaqan Süleymanov – Leonid Spirodonov - 1:0, 4:1
74 kq. Aleksandr Qostiyev – Qabor Xatoş - 0:1, 0:1
84 kq. Novruz Təmrəzov – İştvan Jereb - 2:1, 2:0
96 kq. Aslanbəy Alborov – Gergeli Kiss - 3:1, 2:1
120 kq. Əli İsayev – Daniel Liqeti - 1:0, 0:1, 0:3