18 mart 2011 12:34
Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
29 mart - 3 aprel tarixlərində Almaniyanın Dortmund şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, qitənin ən mötəbər turnirində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək.
Artıq heyətlər də məlumdu. Komandamız qitə birinciliyində aşağıdakı heyətlərlə mübarizə aparacaq:
Sərbəst güləş (29-30 mart)
Mahmud Məhəmmədov (55 kq)
Toğrul Əsgərov (60 kq)
Cəbrayıl Həsənov (66 kq)
Aqil Quliyev (74 kq)
Şərif Şərifov (84 kq)
Xetaq Qazyumov (96 kq)
Əli İsayev (120 kq)
Baş məşqçi: Saypulla Absaidov
Böyük məşqçi: Firdovsi Umudov
Qadın güləşi (31 mart-1 aprel)
Mariya Stadnik (48 kq)
Anjela Doroqan (51 kq), Patimat Baqomedova (51 kq, ehtiyat)
Yarina Dubovska (55 kq), Kəmalə Əliyeva (55 kq, ehtiyat)
Yuliya Ratkeviç (59 kq)
Olesya Zamula (63 kq)
Nadya Sementsova (67 kq)
Dina İvanova (72 kq)
Böyük məşqçi: Kurban Kurbanov
Məşqçi: Arif Fərmanov
Yunan-Roma güləşi (2-3 aprel)
Eldəniz Əzizli (55 kq)
Həsən Əliyev (60 kq)
Vitali Rəhimov (66 kq)
Rafiq Hüseynov (74 kq)
Saman Təhmasibi (84 kq)
Şalva Qadabadze (96 kq)
Maksim Proxorov (120 kq)
Baş məşqçi: Fərid Mansurov
Məşqçi: Akif Əliyev
