18 mart 2011 19:26
Yığmamız Gürcüstan, Qazaxıstan, İran və Kuba ilə üz-üzə
Martın 19-da Mahaçqalada start gotürəcək sərbəst güləş üzrə Dunya Kuboku turnirinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatma mərasində Azərbaycanı AGF-in sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və AGIN-in idman şöbəsinin aparıcı məsləhətçisi Yaşar Rzayev təmsil ediblər.
FILA prezidenti Rafael Martinettinin də iştirak etdiyi təbdibdə Azərbaycan yıgma komandası İran, Gürcüstan, Kuba və Qazaxıstanla Macarıstanın birləşmiş komandaları ilə bir qrupa düşüb. Digər qrupda isə Rusiya, Ukrayna, Qırgızıstan, Bolqarıstan və Özbəkistan komandaları mübarizə aparacaq.
Azərbaycan ilk görüşünü sabah İrana qarşı keçirəcək. Hər qrupda 1-ci yeri tutan komanda martın 20-də finalda, 2-ci yeri tutanlar ise 3-cü yer ugrunda üz-üzə gələcəklər.
