8 mart 2011 15:37

Federsiyadan töhmət

Bu gün yunan-roma güləşi üzrə yığmamızın məşqçi qərərgahı açıq iclas keçirib. İclasda son turnirlərin nəticələri müzakirə olunub. Azerisport.az xəbər verir ki, ilk olaraq federasiyanın vitse-prezidenti Elçin Cəfərov komandanı sərt tənqidə tutaraq çıxış edib:

 “Yunan-roma yığmamıza həmişə böyük ümidlər bəsləmişik. Bizim üçün ideal şərait yaradılıb. Ancaq son turnirlərdə pəhləvanlarımız məyus etdilər. Məsələn, Belorusda keçirilmiş Dünya kubokuna nəzər salaq. Yığmanın liderləri ümidləri doğrultmadılar. İlk görücdəcə Rusiyaya 3:4 məğlub oldular. Hər dəfə qalib gələ biləcəyimiz beş cəki dərəcəsinə böyük ümidlər bəsləyirik. Bu dəfə Dünya kubokunda həmişə nəticə gözlədiyimiz pəhləvanlar kobud səhvlər etdilər. Biz KİV-i xüsusi olaraq dəvət etmişik ki, bütün suallara aydınlıq gəlsin. Təqsirkarın kim olduğunu deyin və biz problemi həll edək. Bəlkə məşqçi heyəti, bəlkə ideal şərait yaratmış federasiya? Federasiya güləşçilər Rövşən bayramov, Vitaliy Rəhimov, Həsən Əliyev və digərlərindən narazı qalıb. Qoy Azərbaycanı niyə layiqli təmsil edə bilmədiklərini cavablasınlar”.

 Sonra yığmanın baş məşqçisi Fərid Mansurov çıxış etdi. O, bir çox güləşçilərin rahatlaşdığını və bu səbəbdən yaxşı çıxış edə bilmədiklərini dedi: “ Toplanış yaxşı keçdi.Federasiya bizim üçün bütün şəraiti yaratmışdı. Bəzi güləşçilər yarışa hazır deyildilər, bəziləri fiziki cəhətdən tapşırığın öhdəsindən gələ bilmədilər. Son qarşılaşmalarda güləşçilərimiz fəndi normal yerinə yetirə bilmirdilər”.

 Elçin Cəfərovun suallarına cavab verən güləşçilər bildirdilər ki, hamının şərti yüksək səviyyədədir. Sadəcə problem onların özlərindədir.

 Rövşən Bayramov: “Mankiyevə qalib gəlməli idim. Mənə tanış rəqibdir. Ikinci raundda irəlidə idim. Görüşü qələbə ilə başa vura bilərdim. Ancaq səhv fənd işlətdim. Nəticədə zədə aldım və rəqib görüşü qalib bitirdi”.

 Vitaliy Rəhimov: “Bilmirəm nə baş verdi. Üçüncü raundda əllərim ağrıyırdı, heç nə alınmırdı. Qalib gəlməklə yığmaya kömək etmək istəyirdim. Daha çox işləmək lazım idi”.

 Həsən Əliyev: “Rəqib mənə tanış idi. Dəfələrlə onunla görüşmüşəm. Sadəcə parterdə səhvə yol verdim. Təəssüf ki, komandaya xal gətirə bilmədim”.

 Vitse-prezident Elçin Cəfərov məşqçi heyətinə idmançıları diqqətlə izləməyi xahiş etdi: “Bilmirəm niyə məşqçi heyəti nə üçün idmançılara diqqət yetirmir. Dünya kubokunda məğlubiyyətə təəssüf edən idmançıları görmədim. Elə bil onlar qələbə və ya məğlubiyyətin fərqində deyildilər. Belə də olur? Güləşçilərin nizam-intizamı axsayır. Mənə məlumdur ki, səfər zamanı, avtobusda, oteldə idmançılar özlərini yaraşmaz aparırlar. Xahiş edirəm tədbir görəsiniz. İdmançıların mükafatlarına baxmaq lazım deyil. Öz üzərində işləməyənlər yığmadan kənarlaşdırılacaqlar”.

 Cəfərov həmçinin Dünya kubokunun yekunlarına görə federasiyanın qərarını açıqladı: “Azərbaycan yığmasında çıxış etmək böyük şərəfdir. Siz, ölkə yığmasını təmsil edirsiniz. Sizin vətən bayrağını ucaltmaq imkanınız var. Bütün federasiya, nazirlik və MOK uğur naminə işləyir. Qələbə təqdirində böyük mükafatlar alırsınız - pul, ev və ya maşın. Buna görə də bundan sonra məğlubiyyət təqdirində siz cərimələnəcəksiniz. Federasiyanın qərarı ilə Martın 1-dən başlayaraq yunan-roma güləşi üzrə əsas komandanın üzvləri əməkhaqqının 50%-i qismində cərimə olunacaqlar. Bunu yoluna qoymaq istəyənlər Avropa çempionatında öz güclərini göstərməlidirlər. Almaniyadan medallarla qayıdın və Apreldə əməkhaqqınızı tam alın. Yoxsa elə də qalacaqsınız. Qarşıda bizi dünya çempionatı və Olimpiada gözləyir. Biz bu turnirlərə kimlə hazırlaşmağımızı bilməliyik”.

 Yaxın günlərdə Almaniyada keçiriləcək Avropa çempionatına namizəd heyət məlum olacaq. Cəfərovun sözlərinə görə əvvəl onlar yığmanın liderlərinə istirahət vermək istəyirdilər. Ancaq Dünya kubokunda məğlubiyyətdən sonra bütün güləşçilər turnirə hazırlaşacaqlar. Buna görə də yığma Avropa çempionatına əsas heyətlə yollanacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.