2 mart 2011 17:22
Yığma komandamız İrana gedir
5-6 mart 2011-ci il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yunan-Roma güləşi yığmamızın bəzi üzvləri də iştirak edəcək.
Yığmamızı məşqçi Vüqar Aslanovun rəhbərliyi altında Orxan Əhmədov, Rəşid Bünyatov (hər ikisi 55 kq), Kamran Məmmədov (60 kq), Azad Əliyev (66 kq), Murtuza Tağıyev (84 kq), Səbuhi Hümbətov, Araz Həsənov (hər ikisi 96 kq) təmsil edəcək.
Beynəlxalq dərəcəli hakim Sədi Quliyev görüşlərin idarə edilməsində iştirak edəcək. Proqrama əsasən, 55, 66 və 96 kq çəkidə güləşçilər martın 5-də, 60, 74, 84 və 120 kq çəkidə güləşçilər isə martın 6-da mübarizə aparacaq.
