23 fevral 2011 13:50
Yığma komandamız Macarıstanda
5-6 mart 2011-ci il tarixdə Macarıstanda yunan-Roma güləşi üzrə beynəlxalq Qızıl Qran-Pri turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirak etmək üçün yığma komandamızın bir qrup üzvü Macarıstana yola düşüb.
Komandamız turnir öncəsi yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edəcək. Məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Macarıstana 7 pəhləvanımız yollanıb: Elçin Əliyev (55 kq), Elvin Mürsəliyev (74 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq), Maksim Proxorov, Zaur Mehrəliyev (hər ikisi 120 kq).
