20 fevral 2011 21:12
Millimiz 10 min avroluq üçüncülüyü əldən verdi (YENİLƏNİB)
Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, Dünya Kuboku yarışlarında öz yarımqrupundan ikinci yerlə çıxan Azərbaycan millisi son oyun günündə bürünc medallar uğrunda mübarizə aparıb.
Baş məşqçi Fərid Mansurovun rəhbərlik etdiyi yığmamız üçüncü yer uğrunda döyüşdə meydan sahibləri – Belarusla görüşüb. Lakin qarşılaşmaya uğurlu başlayan güləşçilərimiz sonda meydanı məğlub tərk ediblər - 3:4.
Maraq üçün xatırladaq ki, yarışların ilk günündə millimiz Rusiyaya komanda hesabında 3:4 uduzsa da, Ermənistan üzərində 7:0 hesablı parlaq qələbəyə sevinmiş, Bolqarıstanı 6:1, Qazaxıstanı isə 4:3 məğlub etməyi bacarmışdı.
Yeri gəlmişkən, yarışın təşkilatçıları 1 və 2-ci yerləri tutacaq komandalarla yanaşı, bürünc medal qazanacaq komandaya da mükafat təqdim edəcəkdi ki, həmin mükafatın da məbləği 10 min avroydu. Lakin üçüncülük şansını dəyərləndirə bilməyən təmsilçilərimiz təbii ki, buna da sahib çıxa bilmədi.
Azərbaycan - Belarus - 3:4
55 kq: Rövşən Bayramov – Elbek Tajiyev - 2:0, 0:2, 2:0
60 kq: Həsən Əliyev – Aleksandr Zabanovski - 3:0, 3:0
66 kq: Vitali Rəhimov – Mixail Semyonov - 0:2, 1:0, 0:1
74 kq: Rafiq Hüseynov – Aleksandr Kukinov - 0:1, 0:1
84 kq: Saman Təhmasibi – Alim Səlimov - 2:0, 1:2, 1:0
96 kq: Şalva Qadabadze – Timofey Denisenko - 0:1, 0:2
120 kq: Anton Botev– Yozeb Çoquşvili - 0:1, 0:2