19 fevral 2011 22:16
Yığmamız ermənilər üzərində parlaq qələbə qazansa da... (YENİLƏNİB)
Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçirilir. Azerisport.az xəbər verir ki, Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Kuba, Bolqarıstan, Qazaxıstan, İran, Koreya və Belarus komandaları mübarizə aparır.
Komandamız Rusiya, Ermənistan, Qazaxıstan və Bolqarıstanla eyni qrupa düşüb. Digər 5 iştirakçı isə ayrı qrupda yarışır. Qrupda ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə əldə etmiş olacaq. Qrup qalibləri qızıl medallar, ikinciləri isə bürünc medallar uğrunda yarışacaq.
Qeyd edək ki, baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusa yollanıb. Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edəcək.
Yarışın açılış günündə ilk olaraq Rusiya millisi Ermənistan yığmasıyla qarşılaşıb və 6:1 hesabıyla qalib gəlib. Qazaxıstan isə Bolqarsıtanı darmadağın edib - 7:0. Yığmamız isə Rusiya millisi ilə qarşılaşıb. Lakin minimal fərqlə məğlub olub:
Azərbaycan - Rusiya - 3:4
55 kq: Rövşən Bayramov - Nazir Mankiyev - 0:1 (ikinci hissədə zədələnən idmançımız döyüşü davam etdirə bilməyib)
60. kq. Həsən Əliyev - Asaln Abdullin - 0:1, 1:3
66 kq: Vitali Rəhimov - Ambako Vaçadze - 0:1, 1:0, 1:0
74 kq: Rafiq Hüseynov - İmil Şarafetdinov - 1:0, 0:1, 1:0
84 kq: Saman Təhmasibi - Yevgeni Boqomolov - 0:1, 0:2
96 kq: Şalva Qadabadze - Rüstəm Totrov - 0:1, 0:1
120 kq: Anton Botev - Aleksandr Anuçin - 0:1, 2:0, 1:0
Bu günkü ilk görüşündə Rusiyaya minimal fərqlə uduzan komandamız ikinci görüşünü Ermənistana qarşı keçirib və parlaq qələbə qazanıb:
Azərbaycan - Ermənistan - 7:0
55 kq: Eldəniz Əzizli - Armen Çomaryan - 2:0, 1:0
60 kq: Həsən Əliyev - Artur Mkrtçyan - 4:0, 0:1, 4:0
66 kq: Vitali Rəhmov - Ovanes Varderasyan - 1:0, 0:1
74 kq: Rafiq Hüseynov - Arşak Boranyan - 2:0, 1:0
84 kq: Saman Təhmasibi - Tiqran Saakyan - 0:1, 1:0, 2:0
96 kq: Şalva Qadabadze - Sarkis Tonosyan - 5:0, 1:0
120 kq: Anton Botev - Elizar Vaqonyan - 2:0, 1:0
Millimizin üzvləri üçüncü görüşünü Bolqarıstana qarşı keçirib və bu dueldən də qalib ayrılıb:
Azərbaycan - Bolqarıstan - 6:1
55 kq: Eldəniz Əzizli - Venelin Venkov - 1:0, 3:0
60 kq: Həsən Əliyev - Rumen Savçev - 1:0, 2:0
60 kq: Həsən Əliyev - Rumen Savçev - 1:0, 2:0
66 kq: Rüstəm Əliyev - Emil Milev - 1:0, 1:0
74 kq: Rafiq Hüseynov - İvaylo Saykov - 5:0
74 kq: Rafiq Hüseynov - İvaylo Saykov - 5:0
84 kq: Saman Təhmasibi - Nikolay Bayrakov - 3:1, 3:0
96 kq: Bolqarlar bu görüş üçün idmançı çıxara bilmir və onlara texniki məğlubiyyət verilir.
120 kq: Anton Botev - İvan İvanov - 0:1, 1:0, 0:1
Komandamızın qrupdakı sonuncu rəqibi Qazaxıstan olub və onlar üzərində də qələbə qazanıb:
Azərbaycan - Qazaxıstan - 4:3
55 kq: Eldəniz Əzizli - Asxat Kudaberqenov - 0:2, 0:1
60 kq: Həsən Əliyev - Almat Kebispayev - 3:0, 5:1
60 kq: Həsən Əliyev - Almat Kebispayev - 3:0, 5:1
66 kq: Rüstəm Əliyev - Aybek Ensexanov - 1:0, 0:1, 1:0
74 kq: Rafiq Hüseynov - Dojan Kartikov - 1:0, 0:1, 0:1
84 kq: Saman Təhmasibi - Alhazur Ozdiyev - 1:0, 2:0
96 kq: Şlava Qadabadze - Marqulan Assembekov - 0:1, 6:0
120 kq: Anton Botev - Nurmahan Tinaliyev - 0:1, 0:1
Beləliklə, qrup oyunlarından sonra komandamız A qrupundan Rusiyanın ardından ikinci olur. Bu isə o deməkdi ki, pəhləvanlarımız Dünya Kubokunun bürünc mükafatları uğrunda mübarizə aparmalı olacaqlar.
