19 fevral 2011 23:08
Azərbaycanın 3-cü yer uğrundakı rəqibi Belarus oldu
Xəbər verdiyimiz kimi, Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçirilir. Azerisport.az xəbər verir ki, Dünya Kuboku yarışlarında öz yarımqrupundan ikinci yerlə çıxan Azərbaycan millisinin üzvləri bürünc medallar uğrunda mübarizə aparacaq.
Artıq komandamızın rəqibi də müəyyənləşib. Belə ki, baş məşqçi Fərid Mansurovun rəhbərlik etdiyi yığmamız üçüncü yer uğrunda döyüşdə meydan sahibləri – Belarusla görüşəcək. Turnirin qalibi adı uğrunda isə İran və Rusiya milliləri mübarizə aparacaq.
