9 fevral 2011 13:44

İstanbula 20 idmançıyla

11-13 fevral 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində “Yaşar Doğu” beynəlxalq güləş turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, 39-cu dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst və qadın güləşi üzrə yığma komandalarımız da iştirak edəcək.
 
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Mahmud Məhəmmədov, Toğrul Əsgərov (hər ikisi 60 kq), Zəlimxan Hüseynov (66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Əli İsayev (120 kq) təmsil edəcək. Komandamız turnirdə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi Aslan Ağayevin rəhbərliyi altında iştirak edəcək.
 
Qadınların yarışında Mariya Stadnik, Marziget Baqomedova (hər ikisi 48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Yuliya Ratkeviç, Yarina Dubrovska (hər ikisi 55 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Nadya Sementsova, Natalya Palamarçuk (hər ikisi 72 kq) ölkəmizi təmsil edəcək. Yığma komandamıza turnirdə böyük məşqçi Kurban Kurbanov başçılıq edəcək.
 
Beynəlxalq dərəcəli hakim Zakir Məmmədov görüşlərin idarə edilməsində iştirak edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.