2 fevral 2011 16:32
Yığmamızın üzvləri Ukraynada sınaqdan keçəcək
Fevral ayının 3-4-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmələrin açıq Respublika turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət komandamızın üzvləri 2011-ci il üçün hazırlıqlarını artırmaq məqsədilə turnirdə iştirak edəcək.
Məşqçi Arif Fərmanovun rəhbərliyi altında Sahilə Ələkbərova (38 kq), Arzu Əliyeva (46 kq) və Ramilə Quliyeva (56 kq) turnirdə ölkəmizi təmsil edəcək.
