24 yanvar 2011 14:22
Yığmamız Ukraynaya 8 idmançıyla yola düşdü
23-25 yanvar 2011-ci il tarixdə Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız da iştirak edəcək.
Məşqçilər Orxan Əliyev və Nazim Əhmədovun başçılığı altında Ukraynaya Nurlan Əsgərov (55 kq), Rövşən Tağıyev, Elnur İsmayılov (hər ikisi 60 kq), Orxan Qəmbərov (66 kq), Niyaməddin İbrahimov (74 kq), Əsəd Əsədzadə (84 kq), Kamran Hüseynov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yola düşüb.
Görüşlərin idarə edilməsində milli dərəcəli hakim Rövşən Azadov da iştirak edəcək.
