24 dekabr 2010 14:16
Bu gün Azərbaycan kubokunun qalibləri müəyyən olacaq
“Sərhədçi” idman kompleksində güləş üzrə Azərbaycan kuboku uğrunda yarış keçirilir. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə 55 kq, 60 kq, 66 kq və 74 kq çəki dərəcəsində ən yaxşı sərbəst güləşçilər müəyyənləşəcək. Finallar yarışın 17:00-da keçiriləcək rəsmi açılışından sonra baş tutacaq. Qeyd edək ki, turnirə giriş pulsuzdur.
