13 sentyabr 2010 00:02
Azərbaycan ikinci oldu
Moskvada sərbəst güləş üzrə dünya çempionatı başa çatdı. Azerisport.az xəbər verir ki, ümumkomanda hesabında Azərbaycan yığması 42 xal toplayaraq, ikinci yerə sahib oldu. Birinci yeri Rusiya (66), üçüncü yeri isı Kuba (37) tutdu.
Qeyd edək ki, sərbəst güləşçilər arasında Xetaq Qazümov (96 kq) birinci, Toğrul Əsgərov (55 kq) ikinci, Zəlimxan Hüseynov (60 kq) və Cəbrayıl Həsənov (66 kq) üçüncü yeri tutmuşlar.
