13 sentyabr 2010 17:03
Saypulla Absaidov: Bu güləşçilər London Olimpiadasında birinci olacaqlar
Azərbaycanın sərbəst güləş üzrə baş məşqçisi Saypulla Absaidov azerisport.az saytına bildirdi ki, komandadan Moskvada keçirilmiş dünya çempionatından iki qızıl medal gözləyirdi. "Biz gözləyirdik ki, "qızılı" Cəbrayıl Həsənov (66 kq) və Xetaq Qazümov (96 kq) qazanacaq. Lakin yalnız Xetaq bu məqsədə nail oldu. Həsənova gəldikdə isə, onun çəki ilə bağlı problemi var idi, buna görə də o özünü yaxşı tərəfdən göstərə bilmədi. Bununla belə, biz hesab edirik ki, bu güləşçilər London Olimpiadasında birinci olacaqlar", - Absaidov dedi.
