12 sentyabr 2010 17:43
Çamsulvarayev mübarizəni dayandırdı (YENİLƏNDİ)
Bu gün sərbəst güləş üzrə dünya çempionatının sonuncu günüdür. Azerisport.az xəbər verir ki, azərbaycanlı güləşçi Çamsulvara Çamsulvarayev (74 kq) Slovakiya təmsilçisi Duşan Babrnakla görüşdü. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyirinə bitid (4:2, 2:0). Növbəti görüşdə idmançımız kubalı İvan Fundora Zaldivarla üz-üzə gəldi. Lakin güləşçimiz rəqibi məğlub edə bilmədi (1:2, 1:2). Zaldivar finala çıxmadığı üçün idmançımız "bürünc" uğrunda mübarizəyə qoşula bilmədi.
